“Azərenerji” ASC “Paylayıcı Elektrik Şəbəkələrinin Yenidən qurulması” layihəsi üzrə baş podratçı seçimi üçün açıq beynəlxalq tender elan edib.Bu barədə şirkətin məlumatında bildirilir.
Layihədə aşağı gərginlikli (0,4 kV) xətlərin SİP kabellərlə əvəz olunması ;
10-6/0,4 kV-luq yarımstansiyaların və elektrikötürücü xətlərin yenidən qurulması; 35 kV-luq yarımstansiyaların və elektrik ötürücü xətlərin yenidən qurulması; 110/35/10 kV-luq yarımstansiyanın tikintisi.nəzərdə tutulur.
Tender təklifləri təklifin dəyərinin 2% həcmində bank zəmanəti ilə birgə iyul ayının 20-nə qədər qəbul edilir
Tender proseduru iyulun 20-də olacaq.