Sənaye və Energetika Nazirliyi alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi və ASEN-nin dəstəklənməsi layihəsi çərçivəsində məsləhətçi seçir. Bu barədə nazirliyin elanında bildirilir.
Məsləhətçinin vəzifəsinə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə dəstək göstərmək, müvafiq avadanlıqla təchiz etmək və agentliyin potensialını genişləndirmək daxildir.
Tenderdə iştirakın qyməti – 200 manatdır.
Tenderdə iştirak etmək istəyən şirkətlər tender təklifinin dəyərinin 1%-i məbləğində bank zəmanəti ilə müşayiət edilən təkliflərini iyulun 2-nə qədər Sənaye və Energetika Nazirliyinə təqdim etməlidir.
Tender proseduru iyulun 3-də keçiriləcək.