NATO-unun Rusiya ilə birgə Azərbaycanın Qəbələ şəhərində RLS-dan istifadə etməyə marağın təzahürü uydurma deyil. Rusiyanın Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Tsıqanok belə hesab edir.
“Düşünürəm ki, alyansın həqiqətən marağı var”, - deyə ekspert “İnterfaks-Azərbaycan” agentliyinə NATO baş katibibnin müavini Aleksandr Verşbounun alyansın Qəbələ RLS-lə maraqlandığı barədə sözlərini şərh edərək bildirib.
A.Tsıqanok qeyd edib ki, bununla yanaşı bu təklifin ciddi müzakirəsi üçün Rusiya öncə yaxın zamanda bu stansiyanın icarəsinin yeni şərtləri barədə Azərbaycanla danışıqları başa çatdırmalıdır. “Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ RLS-ı müasirləşdirmək barədə təklif irəli sürülüb. Rusiya icarə müddətinin uzadılmasında maraqlıdır, hətta uzun müddətə deyil, heç olmazsa İran ətrafında vəziyyət həll edilənə qədər”, - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, cari və gələn illər İran ətrafında vəziyyətin inkişafı nöqteyi-nəzərdən qədər gərgin olacaq. “Buna görə yaxşı olardı ki, Rusiya heç olmasa daha iki il müddətinə Qəbələdə qalıb vəziyyətə nəzarət etsin. Əks təqdirdə bu stansiyanı təkmilləşdirməyin mənası yoxdur, pullar sadəcə boş yerə xərclənəcək”, - deyə A.Tsıqanok qeyd edib.