2012-ci ilin yanvar-aprel aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə profisiti 83,2 mln. manat və ya hesabat dövründə fondun gəlirlərinin 2,2 %-ni təşkil edib. Bu barədə DSMF-in məlumatında deyilir.
Cari ilin yanvar- aprel aylarında fondun gəlirləri. 799,2 mln. manat təşkil edib ki, bu da 2011-cu ilin analoji dövrünün göstəricisindən 30,2% çoxdur.
Hesabat dövründə icbari sosial sığorta ödənişləri üzrə fondun büdcəsinə daxilolmalar 12,5% - 407,2 mln. manata qədər artıb. Özəl sektordan icbari sosial sığorta ödənişləri üzrə daxilolmalar bütün daxilolmaların 60% - ni və ya 224,4 mln. manat (artım 13,7 %) təşkil edib.Proqnoz 105,5% yerinə yetib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari sosial sığorta üzrə daxilolmalar13,6% artıb.
DSMF-in məlumatına görə, hesabat dövründə büdcə təşkilatlarından icbari sosial sığorta ödənişləri üzrə fonda daxilolmalar 162,8 mln. manat (artım 10,7%) təşkil edib.Proqnoz 92,8 % yerinə yetib.
Qalan gəlirlər dövlət büdcəsindən DSMF-nin büdcəsinə köçürmələrin və digər gəlirlərin payına düçür.
Fondun xərcləri 2012-ci ilin yanvar-aprel aylarında 781,3mln. manat,o cümlədən pensiya və müavinətlərin ödənilməsi üçün xərclər 769 mln.manat təşkil edib ki,bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 30,5% çoxdur.Hesabat dövründə pensiyaların ödənməsi üçün xərclər 751,8 mln. manata (artım 31,4%) bərabər olub .
2012-ci ilinyanvar-aprel aylarında fondun digər xərcləri 12,3mln.(artım 1,2%) manat təşkil edib.
2012-ci ildə DSMF-in kəsirsiz büdcə gəlirləri və xərcləri 2 mlrd. 454,3 mln. manat məbləğində təsdiqlənib.