Avropada Adi silahlanmaya dair sazişdə iştirak Azərbaycanın maraqlarına zərbə vura bilər. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc belə hesab edir.
“Əgər açıq danışsaq, qeyd etmək lazımdır ki, Avropada adi silahlanmaya dair sazişdə iştirak etmək Azərbaycan üçün təhlükə yaradır”,- deyə Z.Oruc “İnterfaks-Azərbaycan”agentliyinə bildirib.
Onun sözlərinə görə, Avropada adi silahlanmaya dair sazişin normaları Cənubi Qafqaz regionunda işləmir və bu səbəbdən Azərbaycanın bu sazişdən çıxmaq zərurəti yaranır.”Region xarici dövlətlərin müxtəlif növ silahları ilə doldurulub.Cənubi Qafqaz silah anbarına dönüb.Böyük dövlətlər bu region ölkələrinə silah satmaq üçün yarışa giriblər.Digər tərəfdən, Azərbaycanın Avropada Adi silahlanmaya dair sazişdən çıxması Ermənistanın bu sazişin tələblərinə əməl etməməsi ilə şərtlənir “,-deyə parlamentari qeyd edib.
Z.Oruc hesab edir ki,”Azərbaycan tərəfi Ermənistanda və Azərbaycanın işğal ounmuş ərazilərində bəyan edilməmiş silahlanmanın aşkar edilməsi üçün beynəlxalq monitorinq keçirilməsinə nail olmaq üçün fəal xarici siyasət yürütməlidir ”.