Azərbaycan hazırda işğal edilən torpaqlar, həmçinin çərşənbə axşamı işğalının 20-ci ildönümü qeyd edilən Şuşa üzərində öz müstəqilliyini hökmən bərpa edəcək.
“Biz mütləq Şuşanı və digər torpaqları qaytaracağıq. Yalnız bundan sonra doğma torpaqları üçün həla olan şəhidlərimizin ruhu rahat olacaq”, - deyə Şuşanın icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Bayram Səfərov çərşənbə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın işğal edilən torpaqlarının qaytarılması məqsədi ilə diplomatik səylərini, həm də hərbi potensialı artırır.
1992-ci il mayın 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağda Azərbaycanın ən böyük yaşayış məntəqəsi olan Şuşa şəhərinin işğalı üzrə əməliyyat keçiriblər. Şəhərin işğalının 20-ci ildönümü ilə əlaqədar çərşənbə axşamı Bakıda B.Səfərovun rəhbərliyi ilə Dağlıq Qarabağın Azərbaycan icmasının üzvləri, Şuşada anadan olan və qaçqın düşənlər, Qarabağ Azadlıq Təşkilatının (QAT) fəalları və b. Şəhidlər Xiyabanında Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsini anıblar.
Xəbər verildiyi kimi, dövlət başçısı Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar tədbirlər planı haqqında sərəncam imzalayıb.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.