SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi bazar ertəsi Azərbaycanın Sabirabad, Yardımlı, Goranboy, Şamaxı rayonlarının bir sıra kəndlərinə qaz verilməsinə başlayıb. Bu barədə SOCAR-dan məlumat verilib.
Sabirabad rayonunun 520 abonenti olan Nərimanabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 86,614 km olan qaz xətləri çəkilib, 520 ədəd smart-kart tipli sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yardımlı rayonunun 42 abonenti olan Əngövül kəndinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumi uzunluğu 5,195 km olan qaz xətləri çəkilib, 1 ədəd QTŞ, 2 ədəd siyirtmə, 42 ədəd sayğac quraşdırılıb.
Goranboy rayonunun 94 abonenti olan Hacallı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 11,774 km olan qaz xətləri çəkilib, 94 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. 176 abonenti olan Qarqucaq kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 15,797 km qaz xətti çəkilib, 176 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 111 abonenti olan Şəfibəyli kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 12,129 km qaz xətti çəkilib, 111 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Şamaxı rayonunun 650 abonenti olan Kələxana kəndinin qazlaşdırılması məqsədilə 3 km uzunluğunda boru xətləri inşa edilib, 65 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Xəbər verildiyi kimi, SOCAR 2013-cü ilə qədər Azərbaycanda qazlaşdırmanın həcmini 95%-ə çatdırmağı planlaşdırır.