Marafonçu Vidadi Qurbanov 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinə dəstək, eləcə də Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə Bakı-Mingəçevir marşrutu üzrə yürüş həyata keçirir . Bu barədə çərşənbə axşamı “İnterfaks - Azərbaycan”agentliyinin regional müxbiri məlumat verir.
Hazırda Göyçayda olan marafonçu bildirib ki, mayın 4-də paytaxtdan start götürüb.Bu günə qədər V.Qurbanov Bakı - Şamaxı - Ağsu - Göyçay marşrutu üzrə 220 km yol qət edib. O mayın 9-da Göyçay- Ağdaş – Mingəçevir marşrutu üzrə daha 70 km yürüş edərək yoluna davam etməyi planlaşdırır.
Marafon Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və “Neftçi”İdman –Sağlamlıq Mərkəzinin dəstəyi ilə keçirilir.