Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rus bölməsində təhsil alan abituriyentlər üçün “Azərbaycan dili” fənni üzrə qəbul imtahanı keçirəcək. Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə TQDK-dan məlumat verilib
Mayın 13-də Bakı,Gəncə, Naxçıvan Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində imtahan keçiriləcək.
İmtahanda 9 443 abituriyentin iştirak edəcəyi gözlənilir.Onlardan 6788 nəfər bu ilki, qalanları əvvəlki illərin məzunlarıdır.
Mayın 13-də keçiriləcək imtahanda elektron ərizələrini mayın 4-nə qədər təsdiq etdirmiş abituriyentlər iştirak edəcəklər. Elektron ərizələrini mayın 4-dən sonra təsdiq etdirən abituriyentlər “Azərbaycan dili”fənni üzrə iyunun 24-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər
Abituriyentlər 30 dəqiqə ərzində “Azərbaycan dili” fənni üzrə 30 test tapşırığını yerinə yetirməlidirlər . Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. Toplanan ballar nəticəsində “məqbul” alanlar ikinci turda iştirak etmək hüququ qazanacaqlar . Bunun üçü ən az 15 bal toplamaq lazımdır .