“Azərbaycanda dayanıqlı enerjinin inkişaf etdirilməsinə dəstək” layihəsini reallaşdırma qrupu Şəki kiçik SES –in dizaynin hazirlanmasi və tikintisinə nəzarət üzrə üçün məsləhətçi seçimi üçün tender elan edib.
“Azərbaycanda dayanıqlı enerjinin inkişaf etdirilməsinə dəstək” layihəsi Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi , BMT-nin İnkişaf proqramı(BMTİP) və Norveç Hökuməti tərəfindən reallaşdırılır.
Layihə çərçivəsində Azərbaycanda gücü 1 meqavatta qədər olan kiçik su elektrik stansiyasının tikintisi palnlaşdırılır.SES-in tikintisinin 2013-cü ilin may ayına başa çatdırılması nəzərdə tutulur.
Layihənin ümumi məqdsədi Azərbaycanda dayanıqlı enerjinin inkişafına dəstək olmaqdır.Layihənin konkret məqsədi kiçik Ses-in tikintisinə dəstək vermək, ölkənin müxtəlif regionlarında bərpa olunan bu və ya digər növ enerji mənbələrinin məqsədəuyğunluğunu təyin etməkdir.
BMTİP-in məlumatına görə, Azərbaycanda 200 SES tikintisi üçün potensial var
Bərpa edilən və alternativ enerji mənbələri üzrə Dövlət Agentliyi Azərbaycanda bir kiçik SES-in tikintisinin dəyərini 2 mln manat məbləğində qiymətləndirir.