Avropa Yenidənqurma və İnkişaf Bankı “DəmirBank”a $7 mln. məbləğində subordinasiya krediti ayırıb. Bu barədə AYİB-in məlumatında deyilir.
Kredit sazişi mayın 8-də imzalanıb.
“DəmirBank” AYİB-dən subordinasiya krediti almış birinci Azərbaycan bankıdır.
AYİB-in məlumatına görə, kredit 10 il müddətinə ayırılıb və Azərbaycan bankının aktivinin və kreditin verilmə həcminin artmasına imkan yaradacaq.
AYİB Azərbaycanda fəaliyyəti dövründə 117 layihəyə demək olar ki, $2 mlrd. investisiya qoyub. Sənaye, ticarət və kənd təsərrüfatı, maliyyə, energetika və infrastruktur bankın respublikada prioritet sahələridir.
“DəmirBank” 1989-cu ildə yaradılıb və respublikanın ən iri özəl banklarından biridir. Bankın səhmdarları 850-dən çox fiziki və hüquqi şəxsdir. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO, 10%) var.