“AtaBank” “AtaMatik” layihəsi çərçivəsində səyyar bankomatlar tətbiq edəcək. Bu barədə bankın press-relizində məlumat verilib.
Xüsusil. əhaliyə, bankomat və bank xidməti tətbiq olunmayan ərazidə yaşayan əhaliyə səyyar qaydada xidmətlər göstəriləcək. Bu məqsədlə, bank bankomatlar quraşdırılan yüksək keçid qabiliyyəti olan xüsusi avtomobillər alıb. Avtomobillər fasiləsiz iş üçün bütün lazımi avadanlıqlarla təchiz edilib.
Bu cür avtomobillərdən istifadə üzrə pilot layihəsi Şəmkir rayonunun Düyərli kəndində və Gədəbəy rayonunun Zəhmət kəndində həyata keçiriləcək.
Gələcəkdə bu xidmətin təkmilləşdirilməsi və əhatə sahəsinin genişləndirilməsi üçün, ixtisaslaşdırılmış xüsusi avtomobillərin alınması və səyyar şöbə formasında xidmətlərin göstərilməsi planlaşdırılır.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding” investisiya strukturuna daxildir.