Azərbaycanın Qobustan və Masalı rayonlarında əsaslı təmirdən sonra iki uşaq baxçasının açılışı olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbirləri məlumat verib.
Qobustan şəhərində 3 saylı uşaq baxçasının açılışından öncə Heydər Əliyevin anadan olmasının 89-ci ildönümünə həsr edilən tədbir keçirilib. Rayonun İcra hakimiyyətinin başçısı Adil Məmmədov qeyd edib ki, son 5 il ərzində rayonda 6 yeni məktəb binası tikilib, 10 məktəb əsaslı təmir edilib, hazırda daha 2 məktəbin tikintisi aparılır.
Masallı rayonunun Qeyeçel kəndində yenidənqurma və əsaslı təmirdən sonra uşaq baxçasının açılışı olub. Mərasimdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, təhsil şöbəsinin direktoru Astan İbişov, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bundan başqa, agentliyin regional bürolarının məlumatına görə, cümə axçamı bütün respublika üzrə H.Əliyevin abnadan olmasının növbəti ildönümünə həsr edilən “Gül bayramı” qeyd olunur. Xüsusilə, Oğuz, Qəbələ, Şəki, Ağdaş, Göyçay, İsmayıllı, Qobustan rayonlarında bayram tədbirləri keçirilir. Respublikada ən böyük gül ekspozisiyası Bakının mərkəzində H.Əliyevin parkında qeyd olunur.