Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı ümummilli lider Heydər Əliyevin uyuduğu Fəxri Xiyabanı ziyarət edib.
Dövlət başçısı H.Əliyevin məzarı önünə gül dəstələri qoyub.
Eyni zamanda Azərbaycan hökuməti və parlamentinin üzvləri, diplomatik korpus və ictimaiyyət nümayəndələri də H.Əliyevin məzarını ziyarət edirlər.
Mayın 10-da Azərbaycanda H.Əliyevin anadan olmasının 89-cu ildönümü qeyd edilir.