2012-ci ilin aprel ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri mart ayına nisbətən 3,6% ucuzlaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Aprel ayı ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri 4,5% ucuzlaşıb. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 4,5%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,1% ucuzlaşıb.
Aprel ayında emal sənayesi üzrə istehsalçı qiymətləri 1,1% bahalaşıb. Bu bölmədə istehsalçı qiymətləri kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 6,1%, tütün məmulatlarının istehsalı üzrə 4,7%, toxuculuq sənayesi üzrə 3,1%, qida məhsullarının istehsalı üzrə 2,1%, elektrik avadanlıqlarının istehsalı üzrə 1,1%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,5%, maşın və avadanlıqların istehsalı üzrə 0,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,1% ucuzlaşıb.
Hazır metal məmulatlarının istehsalı üzrə 7,4%, kimya sənayesi üzrə 4,7%, neft məhsullarının istehsalı üzrə 1,8%, metallurgiya sənayesi üzrə 1,4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8%, geyim istehsalı üzrə 0,4%, mebel istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,3% bahalaşma qeydə alınıb.