SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi cümə axşamı Azərbaycanın 10 rayonunda 15 kəndə qazın verilməsinə başlayıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Xüsusilə Şamaxı rayonunun üç kəndində 310, Masallı rayonunun bir kəndində 785, Ağsu rayonunun iki kəndində 123, Goranboy rayonunun bir qəsəbəsində 300, Göygöl rayonunun bir kəndində 300, Balakən rayonunun bir qəsəbəsində 502 abunəçi qazla təmin edilib.
Bundan başqa, Beyləqan rayonunun bir kəndində 380, Füzuli rayonunun bir kəndində 354, Ağdam rayonunun bir kəndində və iki qəsəbəsində 1069, İmişli rayonunun bir kəndində 55 abunəçiyə qaz verilib.
Xəbər verildiyi kimi, SOCAR 2013-cü ilədək Azərbaycanda qazlaşdırmanın səviyyəsini 95%-ə çatdırmağı planlaşdırır.