Azərbaycan Beynəlxalq Bankının (ABB) “IBA-Express” təcili pulköçürmə sistemi vasitəsi ilə 2012-ci ilin I rübündə 10,6 min transaksiya aparılıb. Bu barədə bankdan məlumat verilib.
2012-ci I rübündə ölkəyə $11,44 mln. həcmində (8 755 transaksiya), 35,5 mln. rubl həcmində (1 246 transaksiya) və 134 min avro həcmində (141 transaksiya) həyata keçirilib.
Sistem vasitəsilə Azərbaycandan $3,7 mln. həcmində 485 transaksiya, 574 min rubl həcmində 34 transaksiya, 13 min avro həcmində 11 transaksiya aparılıb.
2009-cun ildə ABB Azərbaycan və Rusiya arasında pul tədavülünü genişləndirmək məqsədilə “ABB Moskva”nın hazırladığı “IBA-Express” təcili pulköçürmə sistemini tətbiq edib. “IBA-Express” sistemin xidmətindən təkcə paytaxt Moskvada deyil, Sankt-Peterburq və Yekaterinburq şəhərlərində də yararlanmaq mümkündür. Sistemə olan tələbatın artması bu xidmətin “ABB-Gürcüstan” bankı vasitəsi ilə Gürcüstanda da istifadəsini reallaşdırıb
“IBA-Express” sisteminin üstünlüklərindən biri köçürmələri üç valyutada – dollar, rubl və avroda həyata keçirmək imkanıdır. Beləliklə, konvertasiya üzrə heç bir əməliyyat keçirmədən vəsaitləri göndərmək mümkündür.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın nizamnamə kapitalı 240 mln. manata bərabərdir. Bankın kapitalında 50,2% pay dövlətə, 49,8% isə özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1,556 min fiziki şəxsdir.