Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziyada “Sukhoi SuperJet-100” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.
“İndoneziyada “Sukhoi SuperJet-100” təyyarəsinin qəzaya uğraması nəticəsində Rusiya vətəndaşlarının faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi. Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - deyə rəsmi mətbuatda İ.Əliyevin məktubuna istinadən bildirilir.