Xızı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi üç nəfərin ölümü ilə nəticələnib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bazar günü Xızı rayonunun Şurabad kəndi ərazisində yüksək sürətlə hərəkət edən "VAZ-21010" markalı avtomobil aşıb. Nəticədə üç nəfər həlak olub, iki nəfər yaralanıb. Həlak olanlar avtomobilin sürücüsü, onun qardaşı və həyat yoldaşıdır. Bundan başqa, "VAZ-21010" markalı avtomobilin sürücüsünün digər qardaşı, eləcə də onun əmisi oğlu xəsarət alıb.
Faktla bağlı təhqiqat aparılır.