Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Muğansutikinti”ASC-nin 99,1% səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə ƏMDK-dən məlumat verilib.
ASC-nin 334,166 min səhminin satışı üzrə müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramı müasir standartlara uyğun olaraq inşaat və tikinti-qura.dırma işlərinin təşkilinə yönəldilməli və müəssisənin fəaliyyətinin bərpası üzrə təklifləri daxil etməlidir. Həmçinin investisiya proqramına bu məqsədlərə investisiyaların həcmi və müddəti daxil olmalıdır.
Müsabiqənin nəticələri təsdiq olunduğu tarixdən 30 gündən gec olmayaraq qalib ilə səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqısı barədə müqavilə imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi 60 gün müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməli və müəyyən edilən 5%-ə qədər olan hissəsinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürməli, 90 gün ərzində əməkdaşların əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişləri həyata keçirilməlidir
Müsabiqə üzrə təkliflər 2012-ci il iyunun 13-nə qədər qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi iyunun 15- də keçiriləcək.
Xəbər verildiyi kimi ,ƏMDK 2011-ci ilin noyabr ayında müəssisənin 99,1 %səhmlərini investisiya müsabiuqəsinə çıxarsada müəssisənin səhmlərinə alıcı çıxmayıb.
“Muğansutikinti” ASC Sabirabad rayonunda yerləşir. ASC-də 67 nəfər çalışır.
2012-ci il fevralın 1-nə ASC-nin nizamnamə kapitalı 674,434 min manata bərabərdir, o nominalı 2 manat məbləğində olan adi səhmlərə bölünüb.
2012-ci il fevralın 1-nə ASC-nin öhdəlikləri 799,639 min manat, o cümlədən əmək haqqı üzrə borcları 22,372 min manat təşkil edir. Müəssisənin debitor borcları 804,611 min manata bərabərdir.