Ötən həftə Azərbaycan polisləri axtarışda olan 62 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 8 nəfər həlak olub, 16 nəfər yaralanıb, 6 nəfər intihar edib. 4 nəfər qətldə, 8 nəfər sui-qəsddə və qəsdən xəsarət yetirməkdə, 3 nəfər qarət və soyğunda, 29 nəfər oğurluqda, 4 nəfər avtomobil qaçırmaqda, 3 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 7 fakt qeydə alınıb.