Ötən həftə Azərbaycanda 46 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 16 nəfər həlak olub, 65 nəfər yaralanıb. Bu barədə bazar ertəsi "İnterfaks-Azərbaycan" agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ən ağır qəzalardan biri Mingəçevir şəhərində baş verib .”VAZ 2109” markalı avtomobil iki velosipedçini vuraraq öldürüb.
Neftçala rayonunda “VAZ 2101” və “Kam AZ” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Hacıqabul rayonunda “Mersedes” markalı avtomobillə “KamAz” markalı yük maşınının toqquşması bir nəfərin ölümünə ,bir nəfərin yaralanmasına səbəb olub.
Bərdə rayonunda “VAZ 21062” və “VAZ 21074” markalı maşınların toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Yevlax rayonunda “VAZ21010” markalı minik maşını “MAN” markalı yük maşınına çırpılıb.Hadisə nəticəsində minik maşınının sürücüsü ölüb, sərnişini isə yaralanıb.
Gəncə şəhərində “VAZ 21102” və “İveko” markalı avtomobillərin toqquşması bir nəfərin ölümü ilə nəticələnib.