Azərbaycanın qərbində Daşkəsən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin ölümünə səbəb olub.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məluimata görə, yüksək sürətlə hərəkət edən “VAZ-2107” markalı maşın dərədən çaya yuvarlanıb. Nəticədə maşında olan iki sərnişin – nənə və onun altı yaşlı nəvəsi həlak olublar.
Daha dörd nəfər bədən xəsarətləri alıb.
Fakt üzrə istintaq aparılır.