Azərbaycanın qeyri- neft –qaz sektoru müəssiləri 2012-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 1 mlrd. 114,7 mln. manat məbləğində vergi köçürüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 17,3 % çoxdur.Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
Ümumilikdə, 2012-ci ilin yanvar–aprel aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 2 mlrd. 236 mln. 977,1 min manat məbləğində vergi köçürüb.
Hesabat dövründə dövlət büdcəsinə vergi daxilolmaları 46,2% - mənfəət vergisi, 20,9% - ƏDV, 10,8% - fiziki şəxslərdən gəlir vergisi, 6,4% - aksizlər, 15,7%- digər vergilər üzrə təmin olunub.
Məlumatda qeyd edilir ki, 2012-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 26,597 min hüquqi və fiziki şəxslər qeydiyyatdan keçib.
2012-ci il mayın 1-nə respublikada vergiödəyicilərin ümumi sayı 443,592 min nəfər təşkil edir.
Cari ilin yanvar–aprel aylarında Vergilər Nazirliyinə təqdim edilən vergi bəyannamələrinin 91,7%-i elektron formada olub.
Xəbər verildiyi kimi,Vergilər Nazirliyinin 2012-ci ilin dövlət büdcəsinə köçürmələr üzrə planı 5 mlrd. 310 mln. manat və ya cari ildə bütün büdcə gəlirlərinin 32,3%-i həcmində müəyyən edilib. 2012-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxil olan vergilərin strukturunda 3,2 mlrd. manat və ya bütün daxilolmaların 59,9%-nin qeyri-neft sektorunun, 2,1 mlrd. manat və ya 40,1%-nin neft sektorunun hesabına təmin olunması nəzədə tutulur.