Azərbaycanın cənub-qərb rayonlarında gücü 5 bala qədər olan zəlzələlər baş verib.Bu barədə çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin (FHN)-nin mətbuat xidməti məlumat verir.
Bazar ertəsi səhər saatlarında Lənkəran rayonunun inzibati mərkəzindən 15 km aralıda qeydə alınmış təkanların gücü 4 bal,yaxın yaşayış məntəqələrində 3 bala qədər təşkil edib.
Bundan başqa, bazar ertəsi Bakı vaxtı ilə 14:58-də Şəki rayonunun inzibati mərkəzindən 13 km uzaqlıqda gücü episentrdə 5 bal, qonşu yaşayış məntəqələrində 4 bala qədər olan zəlzələ baş verib. Həmin rayon ərazisində inzibati mərkəzdən 10 km qərbdə saat 17:56-da episentrdə 3 bal gücündə, 20:51-də 4 bal gücündə təkanlar təkrar hiss edilib
İnsan tələfatı yoxdur.
Bununla yanaşı, yerli televiziyanın məlumatına əsasən, çərşənbə axşamı Bakı vaxtı ilə saat 9:54-də Zaqatala rayonunda episentrdə 5 bal gücündə və saat 10:17-də 3 bal gücündə yeraltı təkanlar baş verib.