Bakı Fond Birjasının (BFB) üzvləri cari həftənin sonunadək elektron hesabatlılıq sisteminə qoşulacaq. Bu barədə BFB-nin məlumatında bildirilir.
“BFB-də hesabatlılıq sisteminin təkmilləşdirilməsi və elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədi ilə birja üzvlərinin təqdim etdikləri sifarişlər və bağladıqları əqdlər üzrə hesabatların BFB-nin ticarət sistemindən məsafədən qoşulma üzrə iş yerləri vasitəsi ilə birbaşa əldə etmək imkanı yaradıb”, - deyə məlumatda qeyd edilir.
Bu system mayın 14-dən tətbiq edilir.
“3 birja üzvü artıq bu sistemə qoşulub. Cari həftənin sonuna qədər bu elektron hesabatlılıq sisteminə bütün birja üzvləri qoşulacaq”, - deyə məlumatda vurğulanır.
16 təşkilat birjanın üzvləridir.
BFB - qapalı səhmdar cəmiyyət kimi yaradılan və fəaliyyət göstərən kommersiya təşkilatıdır. BFB 2000-ci ildə ölkədə mütəşəkkil fond bazarının yaradılması məqsədilə təsis edilib
BFB korporativ qiymətli kağızlar üzrə ticarət və hesablanma (kliriqn) əməliyyatları həyata keçirir. Maliyyə Nazirliyinin ilkin və təkrar dövlət qiymətli kağızlar bazarında ticarət, depozitar və klirinq əməliyyatları və Mərkəzi Bankın notları yalnız BFB-də keçirilir.