“Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL)” çərçivəsində Azərbaycanın qərbində Qəbələ rayonunun üç kəndində içməli su və yol çəkilişi ilə bağlı işlər başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbiri çərşənbə günü məlumat verib.
Həmzəli kəndində içməli su təchizatı sistemi təkmilləşdirilib. Ümumilikdə 8,7 mindən əhalisi olan Mıxlıqovaq və Yemişanlı kəndlərində yolların bərpası işləri başa çatıb.
Bu layihə çərçivəsində ölkənin digər regionlarında da analoji işlər aparılır.
Bundan başqa, Qəbələdə olan regional müxbirin rayonun Mədəniyyət və Turizm Söbəsinin müdiri Nargilə Qafarovaya istinadən verdiyi məlumata görə, “Eurovision” müsabiqəsi çərçivəsində ölkəmizə gələn xarici qonaqların gözlənilən səfəri regionda turizmin inkişafına imkan yaradır. “Bu tədbiri nəzərə alaraq, rayonun turizm potensialını dünyaya nümayiş etdirmək üçün yaxşı imkan mövcuddur. Hazırda bunula əlaqədar rayonda təmizlik-abadlıq işləri görülü, küçələr asfaltlanır, işıqlandırma sistemi yenilənir. Rayonun 10-a yaxın turizm obyekti artıq qonaqları qəbul etməyə hazırdır”, - deyə N.Qafarova bildirib.