Azərbaycan Mədəniyyət və Turizm Nazirliyigörkəmli dramaturq M.F.Axundovun anadan olmasının 200 illiyinə həsr olunan Respublika bədii qiraət müsabiqəsi təşkil edib. Bu barədə “İnterfaks -Azərbaycan”agentliyinin regional bürosu məlumat verir.
Müsabiqədə 60 şəhərdən və regionlardan gələn bədii qiraətçilər öz qabiliyyətlərini nümayiş etdirəcəklər.
Müsabiqənin açılış mərasimində çıxış edən rayon Mədəniyyət və Turizm Şöbəsinin başçısı Aydın İbrahimxəlilov qeyd edib ki, bütün respublikada ,xüsusi ilə Şəkidə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə M.F.Axundovun yubileyi ilə əlaqədar tədbirlər keçirilir.
Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, bu artıq nazirliyin təşkil etdiyi altıncı müsabiqədir.O əlavə edib ki, bu müsabiqə Azərbaycan dilinin və ədəbiyyatının təbliğ olunmasına xidmət edir .
Müsabiqənin birinci günü (14 may) 40-a qədər iştirakçı dinlənilib.Müsabiqənin nəticələri mayın 16-da elan olunacaq.