“Azərbaycan metanol şirkəti” (“AzMeCo”) 2013-cü ilə qədər metanol istehsalı üzrə qurğunu işə salmağı planlaşdırır. Bu barədə şirkətin məlumatında bildirilir.
“Azərbaycanda metanol zavodunun inşası üzrə işlər artıq çaşa çatmaq üzrədir. 2012-ci ilin sonunda metanol istehsalı üzrə qurğunun işə salınması nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.
Hazırda ekoloji təmiz enerji mənbəyi – metanol həm iqtisadi, həm də ekoloji nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir.
Xəbər verildiyi kimi, ilkin mərhələdə metanolun istehsalat həcmi 560 min ton təşkil edəcək, məhsul istehsalı başlayandanm 6 ay sonra zavodun gücü 720 min tona çatdırılacaq.
Zavodun inşa edilməsinin dəyəri $360 mln., kreditlər üzrə xidmətin bank xərcləri nəzərə alınaraq - $400 mln.-dan artıq təşkil edəcək. Bununla yanaşı, zavodun tikintisinə xərclərin 70%-i o cümlədən Azərbaycan Beynəlxalq Bankından cəlb edilən kredit vəsaitləri hesabına ödəniləcək.
Ümumilikdə, zavodda istehsal edilən hazır məhsulların 90%-i ixrac olunacaq.
“AzMeCo” şirkəti 2007-ci ildə Azərbaycanda yaradılıb və qazın metanola emalı üzrə zavodun tikintisi və işə salınması layihəsinin operatorudur.