Bakı polisi şəhərdə itkin düşən 17 yaşlı Əfqanıstan vətəndaşının axtarışlarına başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polisdə olan məlumata əsasən, Bakıda mənzil kirayə götürən Sacadi Sacidə kurslara getmək üçün evdən çıxıb, lakin geri dönməyib.
Polis əfqan qızın tapılması məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirir.