“FİNCA-Azerbaijan” qeyri-bank kredit təşkilatı Goranboy filialında kassa açıb. Bu barədə təşkilatdan məlumat verilib.
Məlumatda qeyd edilir ki, altı il fəaliyyət müddəti ərzində Goranboy filialı 4,3 min sahibkara həyat səviyyəsinin yaxşılıaçması və fərdi biznesin inkişafına səbəbolan kreditlər verib.
Bu regionun sahibkarlarının əksəriyyəti heyvandarlıq və bitkiçiliklə məşğuldur.
Filialın kredit portfeli $3,348 mln. təşkil edir.
“FİNCA-Azerbaijan” 1998-ci ildə yaradılıb və Azərbaycanda mikromaliyyələşdirmə bazarının liderlərindən biridir.