Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İstanbulda "Yeni dünyanın quruluşu" mövzusunda beynəlxalq siyasi forumda iştirak edəcək. Bu barədə çərşənbə günü QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
17-18 may tarixlərində keçiriləcək forumda beynəlxalq və yerli liderlər, siyasətçilər, iş adamları, iqtisadçılar və alimlər qlobal və regional məsələlər ətrafında müzakirələr aparacaqlar.
A.Paşazadə forumda çıxış edəcək.