Azərbaycan polisləri ölkənin cənub bölgəsində külli-miqdarda həşişin satışının qarşısını alıblar. Bu barədə çərşənbə günü "İnterfaks-Azərbaycan" agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Biləsuvar rayon Polis İdarəsinin əməkdaşları 12 kq həşişi satmağa çalışan iki yerli sakini saxlayıblar.
Faktla bağlı cinayət işi başlanıb.