“Eurovision”mahnı müsabiqəsinin ikinci yarımfinalının iştirakçılarının “Baku Crystal Hall”da məşqləri davam edir.Bu barədə müsabiqənin saytında bildirilir.
Belə ki,çərşənbə günü müsabiqənin ikinci yarımfinalının Sloveniya, İsveç,Gürcüstan,Türkiyə, Bosniya və Hesoqovina , Estoniya,Slovakiya ,Norveç, və Litvadan olan iştirakçıları öz məşqlərinə başlayıblar
Axşama qədər davam edəcək məşqlərdən sonra hər iştirakçının mətbuat konfransı keçiriləcək.
“Eurovision”un birinci yarımfinalının iştirakçılarının məşqləri mayın 13və14-də baş tutub,ikinci yarımfinalın iştirakçıları mayın 15-də məşqlərə başlayıblar.
Müsabiqənin yarımfinal konsertləri mayın 22 və 24-də, final konserti mayın 26-da olacaq.