“LUKoyl” neft şirkəti Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri vasitəsilə neftin nəql ediməsində maraqlı deyil. Bu barədə şirkətin prezidenti Vagit Ələkbərov çərşənbə günü Astanada keçirilən mətbuat konfransında məlumat verib.
“LUKoyl” şirkətinin heç zaman Bakı-Ceyhan boru kəməri sistemi vasitəsilə Xəzər neftinin nəql edilməsində maraqları olmayıb. Çünki öncə layihədə şirkətimiz tərəfindən Xəzərin şimalında hasil edilən neftin Xəzər Boru Kəməri Konsorsiumu (XBKK -İF) sistemi vasitəsilə nəql edilməsinin əsası qoyulub”, - deyə o bildirib.
“Bu günə artıq tenderlər keçirilib və 2015-ci ilə qədər Rusiya ərazisi vasitəsilə neft və qazın nəql edilməsi sistemi tikiləcək. Neft - XBKK sistemi vasitəsilə, qaz isə - “Qazprom” sistemi vasitəsilə nəql olunacaq. Qoşma nöqtələri artıq razılaşdırılıb”, - deyə V.Ələkbərov qeyd edib.
XBKK Qazaxıstanın qərbində yataqları Qara dənizin Rusiya sahili ilə birləşdirən ümumi uzunluğu 1511 kilometr olan Tengiz-Novorossiysk neft kəmərinə malikdir.
2011-ci ildə dəniz terminalında neft yükünün boşaldılması 2010-cu il ilə müqayisədə 8,3% azalıb və 32 milyon ton təşkil edib.
BTC neft kəmərinin uzunluğu 1768 kilometr təşkil edir, onlardan 443 kilometr - Azərbaycanın, 249 kilometr - Gürcüstanın, 1076 kilometr - Türkiyənin payına düşür. Boru kəmərinin ötürmə qabiliyyəti illik 50 milyon ton neftdən çoxdur.