2012-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft hasilatı 14 mln. 766,8 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda qaz hasilatı 5 mlrd. 962 mln. kubmetr təşkil edib ki, bu da 2011-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 9,9% çoxdur.
Azərbaycan hökuməti 2012-ci ilin yekunları üzrə neft hasilatını 45 mln. 977,1 min ton, qaz hasilatını 28 mlrd. 280 mln. kubmetr həcmində proqnozlaşdırır.
2011-ci ildə Azərbaycanda 45 mln. 370,9 min ton neft və 25 mlrd. 723,3 mln. kubmetr qaz hasil edilib.