Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 2012-ci ilin yanvar-aprel aylarında 3 mlrd. 274,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 24% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statıstika Komitəsindən (DSK) məlumat verilib.
DSK-nın məlumatına görə, yanvar-aprel aylarında kapital qoyuluşlarının ümumi həcmindən 50,1% və ya 1 mlrd. 641,9 mln. manat istehsalat təyinatlı, 1 mlrd. 633,9 mln. manat və 49,9% qeyri-istehsalat təyinatlı obyektlərin inşasına yönəlib.
Yanvar-aprel aylarında kapital qoyuluşlarının ümumi həcmindən xarici investisiyaların payına 25,3% və ya 829,1 mln. manat, daxili investisiyaların payına - 74,7% və ya 2 mlrd. 445,8 mln. manat düşüb.
Hesabat dövründə neft sektoruna 1 mlrd. 57,2 mln. manat (bütün kapital qoyuluşlarının 32,3%-i), qeyri-neft sektoruna - 2 mlrd. 217,7 mln. manat (bütün kapital qoyuluşlarının 67,7%-i) həcmində sərmayə qoyulub.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 1 mlrd. 883,5 mln. manat və ya bütün kapital qoyuluşlarının 57,5%-i təşkil edib.
Yanvar-aprel aylarında dövlət müəssisələri və təşkilatlatı tərəfindən 1 mlrd. 859,2 mln. manat (bütün investisiyaların 56,7%-i), özəl müəssisə və təşkilatlar tərəfindən - 1 mlrd 415,7 mln. manat (bütün investisiyaların 43,3%-i) həcmində kapital qoyuluşu həyata keçirilib.
Hesabat dövründə müəssisə və təşkilatların vəsaitləri hesabına tərəfindən 1 mlrd. 582,1 mln. manat (artım 2,4%), bank kreditlərinin hesabına – 186,2 mln. manta (azalma 0,7%), büdcə vəsaitlərinin hesabına - 1 mlrd. 324,5 mln. manat (artım 79,1%), büdcədənkənar fondların hesabına - 91,9 mln. (artım 14,7%), əhalinin vəsaitləri hesabına - 79,5 mln. manta (azalma 10,4%), digər vəsaitlərin hesabına - 10,7 mln. (artım 11,1%) həcmində kapital qoyuluşları həyata keçirilib.