Ermənistan silahlı birləşmələrinin Azərbaycan qoşunlarının mövqelərini atəşə tutması nəticəsində Milli Ordunun əsgəri başından ağır yaralanıb.
Cümə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hadisə Ermənistan silahlı birləşmələrinin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində baş verib.
Əsgər hərbi hospitala yerləşdirilib və onun vəziyyəti ağır qiymətləndirilir.