Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “İnsan resursları və əmək haqqının idarə edilməsi” (HR-Payroll) sistemi almağı planlaşdırır. Bu barədə fonddan məlumat verilib.
Tenderdə iştirak etmək istəyən şirkətlər 2012-ci il iyunun 29-na qədər bank təminatı ilə müşayiət edilən təkliflərin qiymətinin 3%-i həcmində tender təkliflərini təqdim etməlidirlər.
Qalidin seçim prosesində informasiya texnologiyaları sahəsində ən azı iki illik təcrübəyə malik olan, “İnsan resursları və əmək haqqının idarə edilməsi” (HR-Payroll) və ya müvafiq sistemlərin tətbiqi sahəsində Azərbaycanda 2-3 uyğun layihələr həyata keçirən, texniki və maliyyə imkanları, idarəetmə səriştəsi olan şirkətlərə üstünlük veriləcək.