2012-ci ilin yanvar-aprel aylarında Azərbaycanda orta aylıq nominal əmək haqqı 378,9 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Şirkətlərdə və müxtəlif təşkilatlarda ştatdankənar əsasda çalışan şəxslərin orta aylıq əmək haqqı 203,1 manat, mülki-hüquqi müqavilələr əsasında işləyənlərin əmək haqqı isə 352,7 manat təşkil edir.
2012-ci il may ayının əvvəlinə respublikada 38,5 min nəfər işsiz statusuna malikdir ki, bunun da 42,6%-ni qadınlar təşkil edir.
İşsizlik müavinətinin orta məbləği 205 manata bərabərdir.