2012-ci ilin I rübündə Azərbaycan regionlarının sakinlərinin banklarda əmanətləri 18,1 %- 386,9 mln .manatadək artıb.Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
2012-ci il aprelin 1-nə Azərbaycanda banklarda əhalinin əmanətlərinin ümumi məbləği 4 mlrd. 289,9 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 4,3 % çoxdur. Bununla yanaşı, hesabat dövründə regionların əhalisinin bank əmanətləri 18,1 %- 386,9 mln. manatadək artıb”- deyə AMB-nın nümayəndəsi bildirib.
Onun sözlərinə görə,ümumilikdə əhalinin bütün bank əmanətlərinin 9%-i Azərbaycanın regionlarında yaşayan sakinlərin payına düşür. AMB-nin məlumatına əsasən,2012-ci ilin yanvar-mart aylarında regionların əhalisinin həm manat, həm də xarici valyuta ilə olan əmanətləri artıb.
Xüsusilə, 2012-ci ilin I rübündə regionların əhalisinin bank əmanətləri milli valyutada 11,3%- 270,2 mln. manatadək, xarici valyutada 37,3%-116,7 mln. manatadək artıb.