Avropa Şurasının Bakı Ofisinin başçısı Konstantin Yerokostopulos hesab edir ki, uşaq hüquqlarının müdafiəsi məsələsində Azərbaycan Hökuməti konkret tapşırıqları əks etdirən müəyyən strategiya yaratmalıdır.
“Azərbaycan uşaq hüqularının pozulması ilə mübarizədə konkret metodlar müəyyənləşdirməlidir, xüsusi mexanizm inkişaf etməlidir”,- deyə K.Yerokostopulos cümə axşamı uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş konfransda bilıdirib.
Onun sözlərinə görə,dünyada çoxlu neqativ hadisələr baş verir:terror aktları,silahlı münaqişələr,traffikinq.Nəticədə əhalinin ən zəif təbəqəsi -uşaqlar əziyyət çəkir.
“Hər hansı dövlətdə uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi üçün hazırlıq məsələsində birinci xalqın milli adət və ənənələri, mentallığı sonra siyasi və iqtisadi şərtlər nəzərə alınmalıdır”,- detə Avropa Şurasının nümayəndəsi bildirib
Konfransın işində iştirak edən UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard qeyd edib ki,uşaq hüquqlarının müdafiəsi sahəsində nəzərə çarpacaq nəticələri yalnız dövlət strukturlarının QHT –lər və ictimaiyyətlə sıx əməkdaşlığı halında əldə etmək olar.
“Bu gün deinstitutsionalizasiya (uşaqların ailələrə verilməsi) proqramının reallaşması istiqamətində çox işlər görülür, iş üç yaşacan uşaqlara gəldikdə bu məsələ xüsusi diqqət tələb edir”,- deyə M.Herevard qeyd edib.
O həmçinin, bildirib ki,uşağın harada olmasından ,harada doğulmasından, neçə yaşı olmasından və milliyətindən asılı olmayaraq onun hüquqlarını məhdudlaşdırmaq olmaz.
“Azərbaycanda uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqqət ayrılır, hökumət bu məsələnin öyrənilməsi ilə xüsusi məşğul olur, qızların nikah yaşının 17 yaşdan 18 yaşa qədər artırılması
buna misal ola bilər”,-deyə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib.
Onun sözlərinə görə, Ermənistan - Azərbaycan münaqişəsi başlayandan qaçqın ailələrində 200 min uşaq dünyaya gəlib ,onların hüquqlarının müdafiəsi də vacib şərtdir.