2012-ci ilin yanvar-aprel aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 443 mln. 427 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 25,6% çoxdur. Bu barədə SOCAR-ın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
2012-ci ilin aprel ayında SOCAR tərəfindən dövlət büdcəsinə 121 mln. 5 min manat vergi ödənilib.
Cari ilin yanvar-aprel aylarında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 51 mln. 416 min manat (artım 23,9%), o cümlədən aprel ayında 15 mln. 816 min manat köçürüb.
2012-ci ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri üzrə planı 1 mlrd. 321,6 mln. manat həcmində müəyyən edilib.
2011-ci ildə SOCAR tərəfindən vergi ödənişləri 1 mlrd. 335 mln. 235 min manat təşkil edib.