Azərbaycanda banklar 2012-ci ilin I rübündə regionlarda kreditləşməni 0,1% - 1 mlrd. 273,4 mln. manata qədər artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
“Hesabat dövründə banklar regionlarda kreditləşməni davam etdiriblər. Ümumilikdə, banklar regionlarda milli valyutada kreditləşdirməyi üstünlük verirlər”, - deyə AMB nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 2012-ci aprelin 1-nə banklar 972,1 mln. manat məbləğində milli valyutada, xarici valyutada – 301,3 mln. manat məbləğində kredit veriblər. 2012-ci ilin I rübündə milli valyutada kreditləşmənin həcmi 3,4% artıb, xarici valyutada – 9,1% azalıb.
Ümumilikdə, 2012-ci aprelin 1-nə regionlarda bankların kredit portfelinin 76,3%-i milli valyutada əmanətlərin payına düşür.
AMB-nin məlumatına görə, regionlarda bankların 66,1%-i uzunmüddətli kreditlərin payına düşür.