Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Bakıda bir terrorçunu məhv ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MTN-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev məlumat verib.
Hadisə çərşənbə günü axşam saatlarında baş verib, terrorçu paytaxtın Qara Qarayev metro stansiyasının yaxınlığındakı beşmərtəbəli binalardan birində məhv edilib.
"Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üzrə bütün önləyici tədbirlər həyata keçirilir", - deyə A.Babayev vurğulayıb.
O qeyd edib ki, əməliyyat-axtarış tədbirləri davam etdirilir.