Bir qrup Azərbaycan deputatı 21-24 may tarixlərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının İrəvanda keçiriləcək 39-cu plenar iclasında iştirak etmək üçün Ermənistana səfər edəcək.
Milli Məclisdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, nümayəndə heyətinə QDİƏT PA-nın vitse-prezidenti Asəf Hacıyev, deputatlar Musa Quliyev və Jalə Əliyeva daxildir.
QDİƏT PA-nın iclasında təşkilata sədrlik Ermənistandan Azərbaycana keçəcək, bununla əlaqədar PA-nın 40-cı iclası bu ilin payızında Bakıda keçiriləcək.