Cümə axşamı Güney Azərbaycan İstiqlal Partiyası Bakıda İranın səfirliyi qarşısında etiraz aksiyasıı keçirib.
Partiyanın mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata əsasən, aksiya zamanı nümayişçilər İranın (qondarma Cənubi Azərbaycan – İF-Az) şimal əyalətlərində yaşayan azərbaycanlıların hüquqlarının pozulmasını, həmçinin Ermənistanla Tehranın dostluq əlaqələrini kəskin tənqid ediblər.
Son günlərdə İranın regional siyasətindən narazı qaldıqlarına ğörə Azərbaycanın digər diaspor və müxalifət təşkilatları bu ölkənin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyaları keçiriblər.