Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri Qriqol Vaşadze və Elmar Məmmədyarov Udabno monastırı və iki ölkənin sərhədində yerləşən David Qareji monastr kompleksi ilə bağlı vəziyyəti telefonla müzakirə ediblər
Gürcüstan XİN –in məlumatına əsasən,nazirlər NATO-nun Çikaqo sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər, görüş zamanı sözügedən məsələ ətraflı müzakirə olunacaq.
Bundan başqa, Gürcüstan XİN bildirir ki, iki dövlətin sərhəd xidməti nümayəndələri intensiv əlaqə saxlayacaqlar.
Nazirlər bu məsələni yaxın gələcəkdə həll etmək barədə razılığa gəliblər.