Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsini hazırlayıb. Bu barədə Komitə yanında Dövlət Metrologiya Xidmətinin rəhbəri vəzifəsini icra edən Oqtay Abbasov cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə,sənəd yaxın günlərdə Milli Məclisə təqdim ediləcək.
“Əslində, bizim bu sahədə qanunverici bazamız var, lakin,biz biz onu beynəlxalq standartlar səviyyəsinə çatdırmaq qərarına gəldik.Sənəd beynəlxalq təşkilatların tövsiyələri əsasında hazırlanıb”,- deyə O.Abbasov bildirib.