Cümə günü Bakıda gənc rəssamların “Gənclik-Gələcək” adlı sərgisi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Sərginin açılışı “Qalereya 1969” sərgi qalereyasında təşkil olunacaq. Sərgidə gənc rəssamların rəngkarlıq, qrafika və dəzgah heykəltəraşlığı əsərləri nümayiş etdiriləcək.
Sərginin keçirilməsində əsas məqsəd Azərbaycanın gənc rəssam və heykəltəraşların əsərlərinin geniş tamaşaçı auditoriyasına nümayiş etdirilməsi, onların yaradıcılığının stimullaşdırılması və təbliği, əcnəbi qonaqların və turistlərin ölkəmizin gənc rəssamlarının əsərləri ilə tanış olmaları üçün şərait yaratmaqdan ibarətdir.
Sərgi may ayının 30-dək davam edəcək.